
“COVİD Yardım”
Tibbi sığorta məhsulu!
“PAŞA Sığorta”dan “COVİD Yardım” könüllü tibbi sığorta məhsulu!
Gözlənilmədən ortaya çıxan bütün situasiyalara çevik şəkildə uyğunlaşan və hər zaman müştərilərin ehtiyac duyduğu məhsulları təqdim edən “PAŞA Sığorta”, gərgin keçən pandemiya dövründə həm fərdi, həm də korporativ müştərilərin əldə edə biləcəyi “COVİD Yardım” adlı yeni tibbi sığorta məhsulunu təqdim edir.
“COVİD Yardım” məhsulu müştəri seçimindən asılı olaraq, “Classic+” və “Silver” paketləri ilə 6 ay və 12 ay müddətində təklif edilir. Fərdi müştərilərimiz üçün məhsul üzrə sığorta haqqı, təminat müddətindən asılı olaraq, müvafiq şəkildə “Classic+” üçün 159 AZN və 209 AZN, “Silver” paketi üçün isə 249 AZN və 299 AZN təşkil edir.
Tibbi göstərişlərə əsasən, səhhətində koronavirus göstəricilərini və əlamətlərini hiss edərək müraciət edən sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM, COVID-19 İgG müayinələri və həkim göstərişinə, əsasən, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir. Testlər həm də ev şəraitində götürülür! Əlavə olaraq, COVİD-19-un telesəhiyyə vasitəsi ilə ambulator müalicə və dərman təminatı əhatə olunur.
KÖNÜLLÜ TİBBİ SIĞORTA PROQRAMLARI / VOLUNTARY MEDICAL INSURANCE PROGRAMS
Tibbi xidmətlər / Medical services |
Classic+ |
Silver |
COVİD-19 üzrə Məlumat Xidməti |
+ |
+ |
COVİD-19-un Diaqnostikası |
+ |
+ |
COVİD-19-un Ambulator müalicəsi |
+ |
+ |
COVİD-19 -un Ambulator müalicə zamanı dərman vasitələri ilə təminat |
- |
400 manat hər bir şəxs üçün |
Sığorta məbləgi (hər bir şəxs üçün), manat |
1000 AZN |
2000 AZN |
Sığorta haqqı (hər bir şəxs üçün), manat – 6 ay sığorta müddəti üçün |
159 AZN |
249 AZN |
Sığorta haqqı (hər bir şəxs üçün), manat – 12 ay sığorta müddəti üçün |
209 AZN |
299 AZN |